Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
09:15
Maştağada ağır yol qəzası - Ölən var

Bakı şəhərinin Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.

Qəsəbənin Kirov dairəsi adlanan ərazisində "VAZ 2106" markalı avtomobil ilə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü 75 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlu hadisə yerində ölüb.

Qəza nəticəsində 1948-ci il təvəllüdlü Fəttahova Ətiyyə Nuhbala qızı və "Mercedes" markalı avtomobilin sürücüsü 39 yaşlı Həsənov Rafiq Tolik oğlu ağır yaralanıb.

Yaralılar təcili olaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ə.Fəttahovaya sağ baldırın kəsilmiş yarası diaqnozu, R.Həsənova isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə : qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43408

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41703

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43351

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42797

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48315

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42878

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43295
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 01:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru