Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
16:50
1165
Avropa İttifaqı Azərbaycanda havanın monitorinqini aparıb

Azərbaycanda Avropa İttifaqının (Aİ) havanın keyfiyyətinin monitorinqi ilə bağlı üçillik tvinninq layihəsi başa çatıb.

Finlandiya Meteorologiya İnstitutu Ai-nin havanın keyfiyyətinin monitorinqi sistemlərinin modernləşdirilməsi, yeni havanın keyfiyyətinə nəzarət stansiyalarının alınması və işçi heyətinin hazırlanması layihəsinə rəhbərlik edib.

Layihənin benefisiarı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi olub. Layihədə həmçinin Avstriya Ətraf Mühit Agentliyi və Latviya Ətraf Mühit, Geologiya və Meteorologiya Mərkəzi də iştirak edib.

Layihənin büdcəsi 1,4 milyon avro təşkil edib.

Layihə çərçivəsində Azərbaycanda havanın keyfiyyətinin monitorinqi sistemlərinin modernləşdirilməsi üçün ətraflı plan hazırlanıb. Planın icrasına layihənin həyata keçirilməsi zaman başlanılıb və 2019-2020-ci illərdə beş yeni hava keyfiyyətinə nəzarət stansiyası alınacaq. Gələcək planlara 25 yeni stansiyanın alınması da daxildir.

Bundan əlavə, Azərbaycanda Finlandiyanın "Vaisala" şirkətinin havanın keyfiyyətini ölçən sensor-qurğu da quraşdırılıb.

Məqalədə : monitorinq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti kəskin bahalaşıb

12

Oktyabr
12:30
İQTİSADİYYAT
544

Nazirlik narazılığını bildirdi

11

Oktyabr
15:38
ÖLKƏ
709
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 03:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru