Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
16:38
Mariya Stadnik ikinci dəfə dünya çempionu olub

Azərbaycan güləşçisi Mariya Stadnik dünya çempionu titulunu qazanıb.

50 kq çəki dərəcəsində çıxış edən idmançı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən mundialın finalında rumıniyalı Emiliya Vuça qalib gəlməklə, qızıl medala yiyələnib.

Həlledici qarşılaşmayadək Miessinel Qenesis (Nigeriya), Sima Sima (Hindistan), Yekaterina Poleşçuk (Rusiya) və Yanan Sun (Çin) üzərində inamlı qələbə qazanan millinin lideri bu dəfə xalçadan qalib ayrılıb. İlk hissəni 5:0 hesabı ilə irəlidə bitirən pəhləvan yekunda rəqibini 13:0 hesabı ilə məğlub edib. 

Bununla da M.Stadnik ikinci dəfə dünya çempionu tituluna yiyələnib. İlk uğurunu 2009-cu ildə qazanan güləşçi 10 ildən sonra planetin ən yaxşısı ünvanını özünə qaytarıb.

Bu müddətdə üç dəfə finala yüksələn M.Stadnik 2011, 2015 və 2018-ci illərdə həlledici qarşılaşmada uduzub. Bütün finallarda onun yolunu yaponiyalı güləşçilər kəsiblər. Mundiallarda 2 qızıl və 3 gümüşü olan idmançının hesabında 2014-cü ilin bürünc mükafatı da var. 

İkiqat dünya çempionu Avropada öz çəkisinin hegemonudur. O, yeddi dəfə qitə çempionu adına yiyələnib. M.Stadnikin uğurları 2008, 2009, 2011, 2014, 2016, 2017 və 2018-ci ilin yarışlarında qeydə alınıb.

Güləşçi 2015 və 2019-cu illərdə Avropa Oyunlarındakı qələbə ilə də qitənin ən yaxşısı olduğunu sübut edib. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da qalibi olan milliləşən ukraynalı medal kolleksiyasını daha da zənginləşdirib.

Karyerası ərzində 12 çempionluğu (2 dünya, 7 qitə, 2 Avropa Oyunları və 1 İslamiada) olan M.Stadnik hələlik yalnız Olimpiya Oyunlarında fəxri kürsüyə qalxmayıb.

Son üç yarışda əvvəl bürünc (2008), sonra iki gümüşə (2012, 2016) yiyələnən xanım idmançı uduzduğu bütün finallarda olduğu kimi yenə Yaponiya təmsilçilərinə yenilib. 

17 finalda 5 dəfə uduzan M.Stadnik on iki qızıl, beş gümüş və iki bürünc olmaqla 19 mükafata yiyələnib.

Məqalədə : Mariya Stadnik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 28-nə manatın məzənnəsi

27

Fevral
17:40
İQTİSADİYYAT
282

Metroda qatarların fəaliyyəti bərpa edildi

27

Fevral
17:20
NƏQLİYYAT
311

Bakıda metroda problem: Qatarlar tuneldə qaldı

27

Fevral
16:31
NƏQLİYYAT
513

Koronavirus artıq İsraildə

27

Fevral
16:15
DÜNYA
390

Azərbaycanda hiddət doğuran görüntü - VİDEO

27

Fevral
16:07
HÜQUQ,HADİSƏ
679

Neft anti-rekorda gedir

27

Fevral
14:55
İQTİSADİYYAT
428

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
3451
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 00:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru