Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

18 Sentyabr

2019
14:57
990
Siyasi hücumlar üçün virus aşkarlanıb

"Eset" şirkəti "Stealth Falcon" haker qruplaşmasının digər zərərli proqram təminatı ilə əlaqədar təhlükəli virus aşkarlayıb.

Oxunulan fayl bekdoru aşkarlayan mütəxəssislər onu "Win32/StealthFalcon" adlandırıblar. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Tailand və Niderlandda bu virusdan istifadə edilməklə bir neçə hücumlar qeydə alınıb. Sonuncu dövlətdə həyata keçirilən hücumun hədəfi Yaxın Şərq ölkəsinin diplomatik missiyası olub.

Məlumata görə, "Win32/StealthFalcon" komanda serveri ilə əlaqə üçün qeyri-adi üsuldan istifadə edir. Belə ki, o, "Background Intelligent Transfer Service" (BITS) adlı standart "Windows" komponenti vasitəsilə baş verir.

"API" funksiyaları vasitəsilə ənənəvi rabitə ilə müqayisədə "BITS" rabitə mexanizmi "COM" interfeysinin köməyi ilə tətbiq edilib və daha gizlin işləyir. Bu səbəbdən şəbəkələrarası ekranlar onu bloklaya bilmir.

Qeyd edək ki, "Stealth Falcon" qruplaşması 2012-ci ildən fəaliyyət göstərir. Kibercinayətkarlar hədəf kimi Yaxın Şərqin siyasi fəallarını və jurnalistləri seçiblər. Bir sıra analitiklər qruplaşmanın fəaliyyətinin ABŞ Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşlarının cəlb olunduğu ehtimal edilən "Project Raven" ilə bağlı olduğunu iddia edir.(ictnews)

Məqalədə : Virus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
58

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
285

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
102

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
61

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
65

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
97
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 02:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru