Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
14:42
647
Qubada `Azərişıq` ASC-nin qəzaya uğrayan maşınında ölən və yarlananların adları - SİYAHI

Quba rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

FaktXəbər-in məlumatına görə, hadisə nəticəsində "Azərişıq" ASC-nin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər əməkdaşlar - Sumqayıt şəhər sakinləri, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə nəticəsində xəsaət alan İ.Rəsulova isə qapalı kəllə-beyin travması, hər iki budun orta üçdə birinin və sol baldırın sınığı diaqnozu qoyulub, yaralı komatoz vəziyyətdədir.

Xatırladaq ki, bu gün Quba rayonu ərazisində "Azərişıq" ASC-yə məxsus avtomobil idarəetməni itirərək dərəyə aşıb.

Məqalədə : Azərişıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti kəskin bahalaşıb

12

Oktyabr
12:30
İQTİSADİYYAT
543

Nazirlik narazılığını bildirdi

11

Oktyabr
15:38
ÖLKƏ
707
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 02:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru