Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2019
09:38
Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanılıb

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub.

Faktla bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Məqalədə : Mahir Emreli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42812

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41150

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42714

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42224

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47707

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42151

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42521
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 19:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru