Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

17 Sentyabr

2019
16:58
854
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Elm və təhsilin inkişafına xüsusi önəm verən “Nar” “Bilik günü” münasibətilə daha bir uğurlu sosial layihəsini həyata keçirib. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, mobil operator Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbin 1-ci sinif şagirdlərini bütün lazımi məktəb ləvazimatları ilə təmin edib. Bura məktəblilərin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. Bununla da mobil operator məktəbə yeni qədəm qoyan uşaqlarda oxumağa həvəs yaratmağa çalışıb.  

“Nar”-ın gəlişi uşaqların da sevincinə səbəb olub və onların bayramına bayram qatıb. Şagirdlər hadiyyələrə biganə qalmayıblar. Onlar məktəbi uğurla başa vuracaqlarına, gələcəkdə ölkəmizə layiqli vətəndaş və öz peşələrinin ən yaxşı mütəxəssisi olacaqlarına  söz veriblər.

Qeyd edək ki, “Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə artıq 2-ci dəfədir ki, səfər edib. Mobil operator bu il aprelin 23-də Beynəlxalq Kitab Günündə məktəbin kitabxanasına 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər hədiyyə etmişdi. 

“Azerfon”-un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov FaktXəbər-ə bildirib ki, elm və təhsilin təbliği “Nar”-ın sosial layihələrinin vacib istiqamətlərindən biridir: “Bir neçə ay bundan öncə biz bu məktəbə kitablar hədiyyə edəndə uşaqların gözlərində yaranan sevinc işığ, oxuma həvəsi bizi bir daha bura gətirdi. Məqsədimiz odur ki, məktəbə yeni qədəm qoyan şagirdlər “Nar”-ın diqqətini hiss etsinlər. İnanırıq ki, bizim dəstəyimiz şagirdlərin təhsilə marağını daha da artıracaq və onlar gələcəkdə yüksək bilik əldə etməklə cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”. 

Məktəbin direktoru Valeh Niftiyev bu hədiyyələrin şagirdlərin daha yaxşı oxumasına stimul verəcəyini bildirib: “Bizim məktəblilər arasında bu vəsaiti almaqda çətinlik çəkən ailələr vardı. Bu onlar üçün xüsusilə böyük hədiyyə oldu. Bundan əvvəl “Nar”-ın bizim kitabxanaya tədim etdiyi kitablar şagirdlərin mütaliəyə marağını daha da artırdı. Təqdim edilən hədiyyələri bizə verilən yüksək dəyər kimi qiymətləndiririk və “Nar” a təşəkkür edirik”. 

Qeyd edək ki, “Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə halına çevirib. Mobil operator uşaqlada kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaq məqsədilə  uğurlu layihələr icra edib. 

Məqalədə : Nar məktəb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
57

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
259

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
100

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
59

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
63

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
94
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 01:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru