Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2019
09:32
Qaydaları pozan marşrut sürücüsü işdən çıxarıldı

Bakı Nəqliyyat Agentliyi (BNA) sosial şəbəkələrdə 40 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması ilə bağlı yayılan videonu nəzarətə götürüb.

BNA-dan FaktXeber.com-a verilən məlumata görə, araşdırma zamanı 204 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-775 DQN avtobusun sürücüsünün Ələkbərov Asəf Musa olduğu müəyyən edilib. Dərhal daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatının alınması təmin edilib. Nəqliyyat vasitəsi müvəqqəti olarq xətdən kənarlaşdırılıb. Sürücü yol verdiyi kobud qayda pozuntusuna görə daşıyıcının müvafiq əmri ilə işdən azad edilib.

40 nömrəli avtobusun DQN nörməsini görüntülərədən müəyyən edilməsi mümkün olmayıb. Hazırda digər vasitələrlə süücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Qeyd edilir ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən, təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
224

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
383
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 20:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru