Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2019
16:45
716
Lənkəran Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub - FOTO

Sentyabrın 16-da Lənkəran Dövlət Universitetinin yeni tələbə yataqxanasının və 2 yeni tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, universitetin professor-müəllim-tələbə heyəti, rayon ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycanda təhsil sahəsi daim dövlətin diqqətindədir, ölkə Prezidenti cənab İlham Əliyev təhsilin inkişafına qayğısını əsirgəmir. Nazir müavininin sözlərinə görə, son 15 il ərzində 3 200 yeni məktəb binasının inşa olunması, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir.

Firudin Qurbanov  tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək, bunun tələbələrin  mənzil-məişət şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini deyib. Yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən Firudin Qurbanov ölkədə təhsilin inkişafı istiqamətində aparılan işlər barədə də ətraflı danışıb.

Firudin Qurbanov çıxışının sonunda yeni tədris ilinin başlanması, yeni tədris korpuslarının və tələbə yataqxanasının istifadəyə verilməsi münasibəti ilə hər kəsi təbrik edib.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən  Natiq İbrahimov da çıxışında  2 yeni tədris binasının və 160 yerlik tələbə yataqxanasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək bildirib ki, bu, tədrisin keyfiyyətinin yüksəlməsinə, kadr hazırlığına müsbət təsir göstərəcək, digər regionlardan gələn tələbələrin mənzil probleminin həllinə yardımçı olacaq. Natiq İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə aparılan işlərdən söz açıb.

Mərasimdə Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər qonaqlar da çıxış edərək tələbə yataqxanası və yeni tədris korpuslarının inşasının əhəmiyyətini qeyd ediblər.

Daha sonra tədbir iştirakçıları tələbə yataqxanasında və tədris korpuslarında yaradılmış şəraitlə tanış olublar.

Açılış mərasimlərindən sonra Firudin Qurbanov Lənkəran Dövlət Universitetinin professor-müəllim kollektivi ilə görüş keçirib. Görüşdə təhsillə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki,  160 yerlik tələbə yataqxanasında hər cür şərait yaradılıb, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub. Yataqxanada idman zalı, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq. Yataqxana binasında  videomüşahidə,yanğın əleyhinə siqnalizasiya sistemləri,internet və telefon xətləri çəkilib. Tədris korpusları da müasir tədris avadanlıqları, laboratoriyalarla təmin olunub,informatika kabinetləri ,kitabxana ,oxu və idman zalları yaradılıb.

2019-2020-ci  tədris ilində  Lənkəran Dövlət Universitetinə  1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
25

Everestin hündürlüyü yenidən ölçüləcək

15

Oktyabr
11:32
ELM / TƏHSİL
39

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

15

Oktyabr
11:14
ELM / TƏHSİL
612

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

15

Oktyabr
11:07
HÜQUQ,HADİSƏ
25

Bakıda avtobus minik avtomobili ilə toqquşdu

15

Oktyabr
10:04
HÜQUQ,HADİSƏ
47

Xarici valyutaların manata qarşı məzənnələri

15

Oktyabr
09:55
İQTİSADİYYAT
66

Neftin ucuzlaşması davam edir

15

Oktyabr
09:17
İQTİSADİYYAT
57
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru