Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2019
15:48
Dövlət qulluğuna qəbul üzrə müsahibələrin vaxtı açıqlanıb

Avqustun 2-də dövlət qulluğuna elan edilən müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) FaktXəbər-ə verilən məlumata görə, elan üzrə 42 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 354 (A növündə 50 vakant vəzifə üzrə 51 yer, B növündə 304 vakant vəzifə üzrə 457 yer) vakant vəzifə müsahibəyə çıxarılıb. 

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1043 namizədlə 1611 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məsləhətçi (1 vakant yer üzrə 86 namizəd), Dövlət Statistika Komitəsi Bakı şəhəri statistika idarəsi, Maliyyə və təsərrüfat sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 74 namizəd) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Dəniz Agentliyi, Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi, Kadr sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 55 namizəd), Gənclər və İdman Nazirliyi, Sabunçu rayon Gİİ məsləhətçi (1 vakant yer üzrə 37 namizəd), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, məsləhətçi - kompyuter proqramçısı ( 1 vakant yer üzrə 31 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 23 sentyabr-26 dekabr 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Eyni zamanda avqustun 2-də elan edilən ümumi müsahibələrin də keçirilmə qrafiki müəyyən edilib. Belə ki, elan üzrə 12 dövlət orqanında mövcud olan 58 vakant vəzifə üzrə 65 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 179 namizədlə 171 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ümumi şöbə, Vətəndaşların qəbulu sektoru, məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), Sosial təminat siyasəti şöbəsi, Dövlət sosial yardımı siyasəti sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 nəfər), Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsi, Fərdi uçota nəzarət sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 nəfər) vəzifələri olub.

Müsahibələrin 23 sentyabr-14 noyabr 2019-cu il tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
522

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
353

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
338

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
320

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
312

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
403
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 13:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru