Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
10:05
Snouden ABŞ-a qayıtma şərtlərini açıqlayıb

Keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snouden, məhkəmənin ədalətli və obyektiv olacağı təqdirdə mühakimə olunmaq üçün ABŞ-a qayıtmağa hazır olduğunu söyləyib.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Milli İctimai Radioya verdiyi müsahibədə bəyan edib.

O, münsiflər heyətinə niyə jurnalistlərə gizli məlumat verdiyini izah etmək istədiyini söyləyib. Snoudenə görə, Münsiflər heyəti də onun düzgün iş görüb-görmədiyini qiymətləndirmək üçün ictimaiyyətə açıqladığı gizli materiallara giriş əldə etməlidir.

"Əgər münsiflər heyəti bu məlumatın açıqlanmasının düzgün olub-olmadığını qiymətləndirə bilmirsə, məlumatın açıqlanması ilə bağlı ədalətli məhkəmə araşdırması apara bilməzsiniz" deyib.

Eyni zamanda Snouden, təkcə hökmü eşitmək üçün ABŞ-a qayıtmanın bənzər vəziyyətdə ola bilənlər üçün pis bir nümunə olacağını vurğulayıb.

"Heç kim istədiyi üçün informator olmur. Heç kim xoşbəxt sonluq gözlədiyi üçün informator olmur" deyə Snouden əlavə edib.

Keçmiş casus Rusiyada yaşamağı özü seçmədiyini vurğulayıb. O, Almaniya və Polşa da daxil olmaqla 27 ölkədən sığınacaq istədiyini, lakin Moskvadan fərqli olaraq digər ölkələrin ABŞ-ın qisas tədbirlərindən qorxduğunu xatırlatdı.

Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları ona əməkdaşlıq təklif ediblər, amma o imtina edib. Əgər razı olsaydı, hava limanında 40 gün keçirmək əvəzinə, aeroportdan ilk gündən limuzində çıxacaqdı, özü isə sarayda yaşayardı və Qırmızı Meydanda şərəfinə paradlar edilərdi.

2013-cü ilin iyun ayında Snouden "Washington Post" və "Guardian" qəzetlərinə internet və ABŞ-ın kəşfiyyat proqramları ilə bağlı bir sıra məxfi materialları təhvil verdi. Bundan sonra o, Hong Konga, oradan isə Moskvaya uçdu, burada bir müddət Şeremetyevo Hava limanının tranzit zonasında qaldı. Rusiya Snoudenin ABŞ-a qarşı fəaliyyətini dayandırması şərtilə bir il müddətinə müvəqqəti sığınacaq verdi. 2014-cü ilin avqust ayında Snouden üç illik yaşayış icazəsi aldı, bu, yalnız Rusiyaya deyil, həm də xaricə səyahət etməyə imkan verir. 2017-ci ilin yanvar ayında Snoudenin yaşayış icazəsi 2020-ci ilə qədər uzadıldı.

Məqalədə : Snouden 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
258

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
239

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
266

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
252

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
377

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
346

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
551
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 04:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru