Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2019
14:59
Yəməndə 2019-cu ildə 350 min nəfər evlərini tərk edib

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya İdarəsi Yəmən ofisinin sosial media səhifəsində yayımlanan yazılı açıqlamada, ölkədəki qarşıdurmalar səbəbilə 2019-cu ilin əvvəlindən bu yana təxminən 350 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.

FaktXəbər-in məlumatına görə, lazımi yardımları təqdim etmək məqsədilə qaçqınların vəziyyətinin yaxından təqib edildiyi bildirilən açıqlamada, insanların həyatlarını xilas etmək üçün verilən sözlərin yerinə yetirilməsinin zəruri olduğu vurğulanıb.

BMT-nin 20190cu il iyul hesabatına görə, 2016-cı ildən bu yana ölkədə 70 min adam dünyasını dəyişib.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diktəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadinin buna etiraz edən xalqa qarşı zorakılığından sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarını yerinə yetirməməyi tələb edirdi. Uzunmüddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 27 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

MSK müraciətləri araşdırır

24

Fevral
16:31
ÖLKƏ
314

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
306

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
290

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1272
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 05:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru