Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2019
11:23
Haitidə müxalifət Senatda iştişaşlar törədib

Prezident Joveney Moise tərəfindən Fritz William Mişelin baş nazir təyin olunduğu gün müxalifət partiyalarının nümayəndələri Haiti Senatında (parlamentin yuxarı palatası) iğtişaş törədiblər. FaktXeber.com-un məlumatına görə, bu barədə Prensa Latina xəbər verib.

Qeyd olunur ki, Mişelin əleyhdarları mebellər deviriblər, binadakı pəncərə şüşələrini sındırıblar və parlamentin divarları yaxınlığında bir sərnişin avtobusunu yandırıblar.

Sentyabrın əvvəlində, oxşar aksiyalardan sonra Deputatlar Palatası yenə də təyinatı təsdiqləmişdi və siyasətçiyə senatorların dəstəyini qazanmaq tələb oliunurdu. Hazırda isə Baş nazirin rəsmi andiçmə mərasimi yenidən qeyri-müəyyən müddətə təxirə salınıb.

Karib Respublikası artıq 6 aydır ki, təsdiq olunmamış Nazirlər Kabineti ilə yaşayır. Mart ayında parlament, Baş nazir Jan-Henri Seanın istefasını tələb etdi və növbəti Baş nazir Jan Mişel Lapinin vəzifəyə başlaması müxalifət nümayəndələri arasında yaşanan dava ilə dayandı. Parlamentdəki iğtişaşlardan sonra baş nazirin əleyhdarları küçələrə axışdılar, burada polis onları gözyaşardıcı qaz və rezin güllə ilə dağıtdı. İyulun sonlarında Lapen istefa məktubu yazdı.

Təxminən 10.6 milyon əhalisi olan Haiti Respublikası, Qərb yarımkürəsinin ən kasıb dövlətidir. Fevral ayında, ölkədə Moizin istefasını tələbi ilə kütləvi etirazlar başlandı. Onlar Haiti hökumətini inflyasiyanın artmasında, məmurların korrupsiyasında və iqtisadi vəziyyətin pisləşməsində ittiham edirlər.

Məqalədə : Haiti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54331

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52424

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53834

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53589

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58983

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53279

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53638
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 18:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru