Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
14:24
1221
Vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu onların öz seçimidir - Dini Komitə

""Dini etiqad azadlığı" haqqında qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir".

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə getməsi azaddır: "Azərbaycanda "Dini etiqad azadlığı haqqında” qanun vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir. Azərbaycan çoxkonfessiyalı ölkədir, 14 kilsə, eyni zamanda sinaqoqlar və digər dinlərə aid olan ibadət yerləri var. O cümlədən Azərbaycan İslam dininə etiqad edən dünyəvi dövlətdir. Bizdə 2500-dən çox məscid var ki, bunun da hazırda 1500-1600-ü fəaliyyət göstərir. Azərbaycanda dini mərasimlərə dini bayramlar, hüzn mərasimləri daxildir. Bu mərasimlərə də insanların gəlişi özlərinin istəyindən asılıdır. İslama görə, məscidlərə gəliş sərbəstdir".

Komitə sədri vətəndaşların məscidlərə uşaqlarla gəlməsi məsələsinə də münasibət bildirib. Mübariz Qurbanlı bildirib ki, İslam dininin qadağa qoyduğu hər hansı məsələ yoxdursa, dövlət də buna qarışmır: "Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu onların öz seçimidir. Sadəcə olaraq biz tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar". 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına da münasibət bildirib.

Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, insanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil.

O qeyd edib ki, İmam Hüseyn əzadarlığının birinci ili deyil: "Bu, hətta Sovet dövründə də var idi, indi də var. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacam, kimsə deyir halva paylayacam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu insanların şəxsi istəyidir və bununla təskinlik tapır".(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
368

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
296

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
219

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
212

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
459

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
384

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
314

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
239
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 08:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru