Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
09:04
Bu qurumlarda xüsusi rütbəsi olan əməkdaşların pensiyaları artırılacaq

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və onların ailə üzvlərinin, o cümlədən Dövlət Gömrük Komitəsinin (DGK) dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları artırılacaq.

FaktXeber.com-un məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının pul təminatının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında” 2008-ci il 6 sentyabr tarixli 204-23 nömrəli və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli 139-5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə" qərarına əsasən, XDMX-nin hərbi qulluqçularının aylıq vəzifə maaşları və hərbi rütbəyə görə maaşları sentyabrın 1-dən artırılır.

Eyni zamanda Nazirlər Kabinetinin " Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 oktyabr tarixli 252-31 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 oktyabr tarixli 315-15 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 may tarixli 224-18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli 156-6 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə" qərarına əsasən, DGK-nin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılır.

Vəzifə maaşlarının artımı ilə əlaqədar Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə XDMX hərbi qulluqçularının və onların ailə üzvlərinin, o cümlədən DGK-nin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il budcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etməyi tapşırıb.

Hər iki qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
289

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
264

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
286

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
267

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
392

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
366

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
566
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 08:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru