Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
17:05
Fuad Qəhrəmanlı: İlqar Məmmədov mandat üçün lazım olan imtahanı verir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının da (AXCP) təmsil olunduğu Milli Şura ilə ReAL Partiyası arasında söz atışması davam edir.

Bu dəfə ReAL Partiyasına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı cavab verib.

O deyib ki, Milli Şura və AXCP yenə hədəfdədir. Onun sözlərinə görə, qarşı tərəf "mitinqləri zərərli" sayır, "mübarizə aparmağı insanları boş yerə “rasxod”a vermək" hesab edirlər: "ReAL funksioneri Natiq Cəfərli Milli Şuranı hakimiyyətə qarşı mübarizə mərkəzlərinin artmasında maraqlı olmamaqda ittiham edir. Ortadakı mövqe fərqini nəzərə alanda onun bu ittihamı heç də ədalətli görünmür”.

F.Qəhrəmanlı ReAL Partiyasının rəhbərliyini tənqid edib: “Xalqı mitinqlərə çağıran Milli Şura və ya AXCP mitinqlər əleyhinə təbliğat aparan ReAL-a mübarizə mərkəzi kimi necə baxa bilər? Görünür, Natiq bəy müxalifətə "faşist", İlqar Məmmədov “erməni işğalçılarının əlaltısı" deyəndə, həm də mandat üçün lazım olan imtahanı verdiklərini və danışıq, təfəkkür baxımından müxalifətə münasibətdə heç də "köhnələrdən" geri qalmadıqlarını göstərməyə çalışırlar. Ancaq adamların haqqına girmək olmaz. Onlar parlamentə düşmək üçün təkcə Milli Şuranı, AXCP-ni hədəf almırlar. Eyni zamanda seçkidə xalqın səsini almaqdan danışıb, xalqın problemlərini də görməzdən gəlirlər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
190

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
206

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
312

Bərdədə evdə partlayış olub, xəsarət alan var

11

Dekabr
14:46
HÜQUQ,HADİSƏ
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 21:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru