Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
14:31
1021
ABŞ mediası ən çox müsəlmanlar haqqında mənfi xəbər verir

ABŞ-da media üzərində aparılan araşdırmaya görə, medianın ən çox mənfi xəbərləri müsəlman azlıqlar barədə yayımlayır.

Vermont ştatında Middlebury Kolleci nəzdindəki Azlıqların Media Portretləri Layihəsi Laboratoriyası tərəfindən aparılan tədqiqatda, ABŞ-da nəşr edən 4 qəzetin 2018-ci ildə azlıqlar üzərində məlumatları analiz olunub.

"Nyu York Tayms", "Vaşinqton Post", "Uoll Strit Journal" və "USA Today" qəzetlərində afrikalı, asiyalı, ispan, yəhudi və müsəlman qrupların adlarının hallandığı xəbərlər araşdırılb.

Ümumilikdə 26 min 626 məqalənin 9 min 32-si müsəlmanlara həsr edilib. 6 min 499 məqalə afrikalılara, 5 min 980 məqalə isə yəhudilərə həsr edilib.

Tədqiqatçılar hər bir məqalənin azlıqlar haqqında nə qədər müsbət və ya mənfi olduğu məsələsində sıfır nöqtəsini əsas götürərək qiymətləndirmə cədvəli hazırlayıb.

Müsəlmanlar mənfi 0,70 ilə barələrində ən çox mənfi xəbər hazırlanan kəsim olub. Mənfi 0,12 ilə ispanlar ikinci sırada yer alıb.

Cədvəldə afrikalılar və yəhudilərilər mənfi 0,05-də qərarlaşıb. Asiyalı amerikalılar 0,10 xal "toplayıblar".

Layihə Rəhbəri Erik Bleiç araşdırmadan çıxan fərqlərin çox təəccüblü olduğunu qeyd edərək, "digər qruplarla müqayisə etdikdə müsəlmanlar mənfi xəbər məsələsində çox yuxarıdadırlar", - deyə bildirib.

Müsəlmanlarla bağlı xəbərlərin 92 faizində ABŞ xaricindəki mənbələrə istinad edilib. 

Mədəniyyət və təhsil məzmunlu xəbərlərin siyasi xəbərlərdən müsbət yöndə daha çox dəyərləndirildiyi qeyd edilən tədqiqatda, müsəlmanların bu sahədə önə çıxarılmadığına vurğu edilib.

Təhlil edilən məqalələrdə mədəniyyət sahəsində müsəlmanlardan yalnız 21 faiz həcmində bəhs edilib, siyasi sahədə yazılar isə 84 faiz olub.

Tədqiqatda o da qeyd edilir ki, bütün azlıqların yer aldığı mədəniyyət, təhsil, daxili siyasət kimi sahələrdə müsəlmanların həyatına nisbətən daha az diqqət çəkən qəzetlər, oxucuların müsəlmanları Amerika cəmiyyətinin bir hissəsi kimi görmələrini çətinləşdirir.

Məqalədə : müsəlman ABŞ mediası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
69

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
93

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
111

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
142

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
113

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
124

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
465
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 15:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru