Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
12:58
Alimlər qazlı suyun zərərini araşdırıb: Nəticələr dəhşətlidir

Beynəlxalq alimlər qrupu tərəfindən Avropanın on ölkəsində aparılan və 19 il davam edən araşdırma şirin qazlı içkilərin insan orqanizminə həddindən artıq zərərli olduğunu göstərib. FaktXeber.com-un məlumatına görə, JamaNetwork-da bu barədə məqalə dərc ediblər.

Məqalədə bildirilir ki, gündə iki və ya daha çox stəkan şirin qazlı su istifadəsi xərçəng və erkən ölüm riskini artırır.

O da vurğulanır ki, bütün könüllülər tədqiqatın başlanğıcında xərçəng, diabet və ürək-damar xəstəlikləri əlamətləri olmayan sağlam insanlar olub.

Bildirilir ki, o, qarın orqanlarının ətrafında meydana gəlir, daxili orqanlara qan və limfa axışını maneə törədir, beləliklə qaraciyər, ürək və mədə-bağırsaq traktının problemləri, məsələn hipertoniya, 2-ci tip diabet, hormonal pozğunluqlar və onkologiya kimi xəstəlikləırə səbəb olur.

Şəkər, bədəndəki yağ miqdarını, aclıq və toxluq hissini tənzimləyən leptin hormonuna qarşı müqavimət yaradır. Bu da insanda daim yemək istəyinə səbəb olur.

Dişlərin vəziyyəti də sürətli bir şəkildə pisləşir, çünki hər 1 banka qazlı sudan sonra ağzı yaxşıca təmizləmək və yaxalamaq çətindir (karbon dioksid və fosfor turşusu diş emalı üçün xüsusilə zərərlidir).

Məqalədə : qazlı içki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
221

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
226

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
353
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 03:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru