Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
12:04
Ən güclü oyun smartfonu təqdim edilib - VİDEO

Çində “ZTE Nubia Red Magic 3S” oyun smartfonunun təqdimat mərasimi keçirilib.

Smartfon 2340 х 1080 piksel təsvir ölçülü və 90 QHs tezlikli 6,65 düym diaqonallı “Super AMOLED” ekran ilə təchiz edilib. Bundan başqa, sensor təbəqəsinin iş tezliyi 240 QHs təşkil edir ki, bu da tərtibatçıların sözlərinə görə, oyunlarda maksimal dəqiq idarəetməni təmin edir.

Əvvəlki “Nubia Red Magic 3” modeli kimi, yeni qurğu mis borucuğa malik təkmilləşdirilmiş soyutma sistemi və dəqiqədə 14 min dəfəyədək dövrə vuran ventilyator ilə təchiz olunub. Smartfonun əsasını ən yeni qabaqcıl “Snapdragon 855 Plus” (əvvəlki modeldə Snapdragon 855) prosessoru təşkil edir.

“ZTE Nubia Red Magic 3S” smartfonu 48 meqapikselli “Sony IMX586” modulu əsasında olmaqla bir arxa kameraya malikdir. Smartfon, həmçinin 27 vatlıq sürətli enerji doldurmaya (USB Power Delivery standartı) malik 5 min milliamper/saat tutumlu akkumulyator, 16 meqapikselli ön kamera, “USB Type-C” portu, qulaqcığın qoşulması üçün 3,5 millimetrlik çıxış, eləcə də səsi yaxşılaşdıran “DTS 7.1” sistemli stereodinamiklərlə təchiz edilib.

Qurğunun əsas oyun xüsusiyyətləri arasında vibrasiya vasitəsilə oyunlarda müxtəlif səhnə və hadisələrə reaksiya funksiyası, idarəetmə üçün barmaq izi skanerindən istifadə imkanı, korpusun yan tərəfində yerləşən oyun düymələri, eləcə də səsli çatlarda digər oyunçularla danışıqlar üçün səs-küyü azaldan mikrofonlar dəsti qeyd edilir.

Çində “ZTE Nubia Red Magic 3S” smartfonu 8/128 və 12/512 giqabayt yaddaşlı (hər iki halda toplayıcılar UFS 3.0 texnologiyası ilə hazırlanıb) versiyalarda təklif olunacaq. Kiçik versiyalı modelin qiyməti 420 dollar təşkil edəcək.

Məqalədə : ZTE Nubia Red Magic 3S 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16303

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14947

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16342

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15950

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21319

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15839

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15980
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 15:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru