Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
11:55
Bağdadinin qohumu: İŞİD lideri xəstədir, qruplaşma isə dağılır

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ciddi xəstədir və buna görə hakimiyyət əlindən çıxmağa başlayıb. Terror qruplaşması daxili ziddiyyətlər və intriqalarla parçalanır, ən yaxın dairə qrup liderindən üz döndərib və hətta ona qarşı sui-qəsd də olunub.

FaktXeber.com-un verdiyi məlumata görə, Əbu Bəkr əl-Bağdadinin əmisi oğlu - Rabi Əli İbrahim Əli əl-Bədri bu barədə İraq məhkəməsinin iclasında ifadə verərkən bəyan edib.

Onun sözlərinə görə, onlar birlikdə böyüyüblər, 80-ci illərdə Əbu Bəkr əl-Bağdadi təhsil almaq və üçüncü akademik dərəcəsi almaq üçün İraq paytaxtına köçəndə daha da yaxın oldular, amma sonra yolları bir-birindən ayrılıb.

Əbu Bəkr qrupa rəhbərlik edərkən əl-Badri bir neçə dəfə onunla görüşməyə cəhd etsə də rədd cavabı alıb.

İŞİD-in ən nüfuzlu dövrlərində əl-Badri öz-özünə elan edilmiş "xilafətdə" kənd təsərrüfatının inkişafında məsul olub və altı övladının üçü də əksər yerli sakinlər kimi İŞİD-ə qoşulub.

Ancaq xilafətin çöküş dövründə əl-Bağdadi qəfildən əmisi oğlunu görmək istəyib. Əl-Bədri, gözü bağlı halda İraqla sərhədin yaxınlığında Suriyanın Əl-Şaf şəhərində gizli bir yerə aparılıb. Onun sözlərinə görə, Bağdadi yorğun və xəstə olub, sol qulağındakı əməliyyatdan sonra hələ özünə gəlməyibmiş. Əl-Badri ona hər şeyin məhvə doğru sürükləndiyini bildirib, Bağdadi onu təsdiqləyib, özü də bunu anlayırmış.

Onun sözlərinə görə, qrup daxilində ərəb və xarici liderlərin təşkilatçılığı ilə İŞİD liderinə qarşı əlbirlik qurulub: Hətta ona qarşı uğursuz sui-qəsd cəhdi də olub. Sui-qəsdin təşkilatçıları isə qrup daxilində fikir ayrılığı yaradan və digər yaraqlılara xilafətin artıq olmadığını deyən səhra komandirləri, Tunis və Səudiyyə Ərəbistanından gələn mühacirlər olub.

Xatırladaq ki, bundan əvvəl Əl-Bağdadinin terror təşkilatının idarəçiliyini yaxın silahdaşı olan Abdulla Qardaşa verməyə hazırlaşdığı barədə məlumat yayılmışdı.

Məqalədə : Bağdadi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42822

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41160

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42719

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42229

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47717

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42156

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42536
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 23:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru