Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2019
15:38
1115
DİN hospitalının işçisi burun əməliyyatından sonra öldü

Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı rinoplastikanın növbəti qurbanına çevrilib. FaktXəbər bildirir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata əsasən, tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölüb. İlkin diaqnozda ölümün ağciyər arteriyasının tromboemboliyası nəticəsində baş verdiyi qeyd olunur.

Hazırda Nərimanov Rayon Prokurorluğu fakt üzrə araşdırma aparır. Hələlik cinayət işi açılmayıb, saxlanılan yoxdur.

Oxşar hadisə paytaxtda bu ilin aprelində də baş vermişdi. 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva çəpər əyriliyi üzrə üç əməliyyat keçirdikdən sonra qan itirərək 18 apreldə dünyasını dəyişmişdi.

Azərbaycanda burun əməliyyatı zamanı ölüm faktları daha öncə də dəfələrlə qeydə alınıb.

Məqalədə : DİN hospital 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
46

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
123

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
142

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
152

Avtomonil qəzası 500 abonenti qasız qoyub

17

Sentyabr
09:41
HÜQUQ,HADİSƏ
133

Azərbaycan nefti kəskin bahalaşdı

17

Sentyabr
09:34
İQTİSADİYYAT
157
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 12:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru