Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2019
12:40
Yağışlı havalarla bağlı Yol Polisindən XƏBƏRDARLIQ!

DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı havalarla bağlı sürücülərə və piyadalara müraciət edib.

İdarədən Faktxeber.com-a daxil olan açıqlamada xatırladılıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların yağmurlu keçəcəyinə dair xəbərdarlıq edib: "Odur ki, sürücülər və piyadalar da bunu nəzərə almalıdır. Artıq respublikanın bir sıra bölgəsində yağmurlu hava müşahidə olunur. Bunu nəzərə alaraq DYP sürücülərin diqqətinə çatdırır ki, yağışlı havada sürət rejiminə ciddi əməl etsinlər. Çünki yay aylarından asfalt üzərində yığılıb qalan toz qatı yağış sularının təsiri altında yapışqan və sürüşkən təbəqəyə çevrilir ki, bu da sürətli hərəkət zamanı nəqliyyat vasitəsinin sürüşməsinə, əyləc ("tormoz") məsafəsinin uzanmasına gətirib çıxarır".

Yol polisi piyadaların da diqqətinə çatdırır ki, yağmurlu hava şəraitində yolun hərəkət hissəsinə qəflətən çıxmasınlar:

"Bu, ağır qəzalara səbəb ola bilər.

Yol polisi bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırır".

Məqalədə : Yağışlı hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
280

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
406

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1284
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 14:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru