Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2019
12:31
624
Açıq səma altında dünyanın ən böyük həbsxanası - Cammu və Kəşmir

Rəsmi Dehli Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdikdən sonra bu bölgə dünyanın ən böyük açıq hava həbsxanasına çevriləcəkdir.

FaktXeber.com-un məlumatına görə, bunu Pakistanın nəzarətində olan Azad-Kəşmir Muxtar Vilayətinin Baş naziri "Anadolu" agentliyinə deyib.

"Cammu və Kəşmirin xüsusi statusu ləğv edilənə qədər də  regionda vəziyyət mürəkkəb idi. Ancaq indi daha da pisləşib", - deyə, o, bəyan edib.

Onun sözlərinə görə, Hindistan hakimiyyətinin qərarından sonra bölgədə komendant saatı tətbiq olunub, dövlət internet və mobil rabitə şəbəkələrini bağlayıb ki, bu da ictimai həyatı iflic edib.

“29 gündür ki, əhali dərman və qida əldə etməkdə çətinlik çəkir. Məhdudiyyətlərə görə, Cammu və Kəşmir Daş dövrünə qayıdıb", - deyə baş nazir əlavə edib.

Baş nazir onu da vurğulayıb ki, son günlər Cammu və Kəşmirdə 4000-6000 gənc pakistanlı saxlanılıb və həbs olunub, onların taleləri barədə heç nə məlum deyil.

"Jammu və Kəşmirdə insanlığa qarşı cinayət adlandırıla biləcək ciddi insan hüquqları pozuntuları qeyd olunur" deyə Xan bildirib.

Onun sözlərinə görə, Hindistan müntəzəm olaraq Azad-Kəşmir muxtar bölgəsini atəşə tutur. Baş nazir vurğulayıb ki, Hindistan sərhədinə yaxın ərazilərdə on minlərlə pakistanlı yaşayır və onlar təhlükə altındadırlar.

“Hindistan snayperləri, xüsusən də mülki şəxslərə atəş açırlar. Beləliklə, Kəşmirin hər iki bölgəsində insanlar əziyyət çəkir" deyə Xan bildirib.

Baş nazir bildirib ki, dünya ictimaiyyəti Kəşmirdəki qan tökülməsindən xəbərdardır.

“Biz Hindistana qarşı deyilik, amma Hindistanın Baş naziri Narendra Modinin yürütdüyü siyasətə qarşıyıq. Cənubi Asiyada yeni Hitler peyda olub. O, [Modi] 60 milyon insanın ölümünə səbəb olan İkinci Dünya Müharibəsini başlatan Hitlerin izi ilə gedir ", - deyə o bildirib.

Onun fikrincə, zaman keçdikcə Kəşmir problemi qlobal xarakter ala bilər.

Xan bildirib ki, məhdudiyyətlər və səyahət qadağası səbəbindən Cammu və Kəşmir əhalisi lazımi məlumatlar əldə edə bilmirlər.

Baş nazir, mümkün miqrasiya və demoqrafik problemlər barədə də xəbərdar edib. Onun sözlərinə görə, bu, əhalinin əksəriyyətinin müsəlman olduğu Cammu və Kəşmirdəki vəziyyətə təsir göstərə bilər.

Xan bildirib ki, pakistanlılar beynəlxalq birliyin dəstəyinə ümid edirlər.

Avqustun 5-də Hindistan hökuməti Konstitusiyanın 370-ci maddəsinə dəyişiklik edərək Cammu və Kəşmirin xüsusi muxtariyyət statusunun ləğvi təklifini parlamentə təqdim etdi. Parlament İslamabadda güclü narazılığa səbəb olan təşəbbüsü təsdiqlədi. Pakistan Hindistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda günahlandırdı və qisas tədbirlərinə hazır olduğunu bildirdi.

Məqalədə : Cammu Kəşmir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
134

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
268

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
672

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
167

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
193

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
300

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
198

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
242

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
189
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 23:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru