
Böyük Britaniyanın Baş naziri Boris Johnsonun çağırışına qarşı çıxaraq Britaniya parlamentinin gündəliyini dəyişdirməyə səs verən mühafizəkar deputatlar parlament fraksiyasından xaric ediliblər və növbəti seçkilərdə partiyanı təmsil edə bilməyəcəklər.
FaktXeber.com-un məlumatına görə, bu barədə Baş Nazirin dəftərxanasından bəyan edilib.
Sentyabrın 3-də İcmalar Palatası sentyabrın 4-də parlamentin gündəliyini dəyişdirməyə səs verdi və İcmalar Palatasına İngiltərənin AB-dən çıxmasını daha sonrakı tarixə təxirə salmaq üçün qanun layihəsinə baxması hüququ verdi. Johnson parlament üzvlərinə bunun əleyhinə səs verməyə çağırdı. Mühafizəkarlar partiyası öz üzvlərinə xəbərdarlıq etdi ki, partiya təşkilatçılarına itaətsizlik etsələr və gündəliyi dəyişdirmək üçün səs versələr, partiyanı təmsil etmək hüquqlarını itirəcəklər.
Qovulan deputatlar arasında İngiltərənin keçmiş Baş Naziri Uinston Çörçillin nəvəsi Nikolas Soms, İngiltərə Parlamentinin veteranı Ken Klark, həmçinin vaxtilə XİN, Müdafiə və Nəqliyyat Naziri olan, Tereza Meyin Nazirlər Kabinetində isə Xəzinədarlığın Kansleri vəzifəsində çalışan Filip Hemmond da var.
"Mən çox ağır qəlblə hökumətə qarşı səs verəcəyəm", - deyə Soms səsvermədən əvvəl bildirib.
Çərşənbə günü gündəliyin dəyişdirilməsinə Mühafizəkarlar Partiyasından ümumilikdə 21 deputat səs verib.
Səsvermədən sonra Boris Johnson, deputatlar Brexit danışıqlarını təxirə salmaq üçün səs verərsə, erkən seçkilər keçirmək qərarına gəldiyini açıqladı.
"Seçkiləri istəmirəm, amma sabah deputatlar səsləri danışıqları dayandırmaq və başqa bir mənasız bir gecikmə əldə etmək üçün səs versələr, bu problemi həll etməyin yeganə yolu olacaq" deyə o bildirib.
Ekspertlər hesab edir ki, erkən seçkilər Conson və onun sadiq adamlarının yeganə ümididir, çünki müxalifətin indi parlamentdə üstünlüyü 43 səs təşkil edir.
Daha əvvəl Boris Johnsonun 14 oktyabrda bir seçki təklif etmək niyyətində olduğu bildirilmişdi. Britaniyanın AB-dən çıxması oktyabrın 31-nə planlaşdırılıb.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"