Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2019
14:39
Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi

Xırdalan 1 saylı orta məktəbə getmişdim.

Valideynlər övladlarının məktəb yerdəyişməsi ilə bağlı növbə gözləyirdilər. Özləri siyahı tutmuşdular, yeni gələnlər öz adlarını yazırdılar, növbəsi çatan da üç-üç içəri keçirdi. Hmıdan birinci gəlməyimə baxmayaraq, nədənsə siyahıda bir qədər geri düşdüm.

Dünya dağılmamışdı ki, başladım növbəmi gözləməyə. 

İlk üçlük təzəcə içəri daxil olmuşdu ki, bir kişi gəldi, yanında da 2 uşaq. İçəri keçmək istədiyini söylədi və qapıçıdan, "növbəni gözlə" cavabını aldı. Bu kişi də, "mən jurnalistəm, içəri keçməliyəm", - deyib, məktəbə daxil olmaq istədi. Ona, "mən də jurnalistəm, ama sakitcə dayanıb, növbəmi gözləyirəm", - dedim, bir də hansı mediadan olduğunu soruşdum, cavab vermədi, bir kənara çəkilib durdu. Sir-sifətindən rekert jurnalistlərə oxşayırdı.

Bir neçə dəqiqədən bir ağsaqqal gəldi, yanında da uşaq və içəri keçmək istədiyini bildirdi. Qapıda dedilər ki, növbəyə durmalıdır. Uca səslə dedi ki, "nə növbə, direktora deyin, Rizvan müəllim gəlib, Rizvan Cəbiyev". 

Dedilər, "gözləyin, direktora deyək". Direktora deməyə gedəm adam qayıtmamış, Rizvan müəllim basıb keçdi içəri, heç bir növbə də gözləmədi.

Ətrafdakılar, baxa-baxa qaldırlar. Hamısı fikirləşirdi ki, kimdi bu Rizvan müəllim. Onların sual dolu baxışlarına, "Rizvan Cəbiyev keçmiş deputatdır", - deyə cavab verdim. 

Oradakı narazı sifətləri görməyə ehtiyac yoxdur, hər kəs zehnində canlandıra bilər.

İndi mən də təsəvvürümdə bir başqa zamanı canlandırmaq istəyirəm. O zamanı ki, onda Rizvan Cəbiyev deputat idi. Deputat olmayan Rizvan müəllim növbə gözləməyərək, insanların haqqını tapdalayaraq içəri girdisə, gör Rizvan Cəbiyev kimi nələr eləyib.

İlahi, sənə şükür ki, vəzifəmiz yoxdur, bəlkə biz də elə olardıq.

Aqil Mehdi

Məqalədə : Rizvan Cəbiyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
221

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
226

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 03:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru