Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2019
13:53
780
Azərbaycanda 1-ci sinif şagirdlərinin dərslikləri ÇƏKİSİNƏ görə fərqlənəcək

Dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülüb.

FaktXəbər-in məlumatına görə, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərdə pilot layihə şəklində istifadəyə veriləcək “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri, biri digərinin davamı olaraq 2 hissəli şəkildə tərtib edilib. Bu dərsliklən I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.

Nazirlikdən bildirilib ki, əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər iri həcmli dərsliklərin də 2 hissəli şəkildə tərtibi məsələsinə baxıla bilər.

Qeyd edək ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanda şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunmasını təklif etmişdi:

"Təklif edərdim ki, hər fənn üçün tədris ili üzrə ayrıca dərslik olmasın. Şagirdlər üçün rüb üzrə mövzuları əhatə edən dərsliklər hazırlansın. Birinci rüb üçün ayrı, ikinci rüb üçün ayrı dərslik olsun. Belə olduqca şagirdlər birinci rübdə ikinci rübə aid olan mövzuların əhatə olunduğu dərslikləri daşımağa məcbur olmazlar, onların dərslikləri də daha yüngül olar".

Məqalədə : məktəbli çantası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
69

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
93

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
111

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
142

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
113

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
124

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
465
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 15:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru