Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2019
10:38
Qırğızıstanda Atambayevin tikdirdiyi məscidə həbs qoyuldu

Bişkekin Pervomaisky Rayon Məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev tərəfindən inşa edilən məscidə həbs qoyub.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RİA Novosti  Respublikanın Baş Prokurorluğuna istinadla xəbər verib.

Bildirilir ki, hərbi prokurorluq tərəfindən sabiq prezidentə qarşı cinayət işlərinin istintaqı zamanı "7 aprel qəhrəmanları məscidi"nin Atambayev tərəfindən tikildiyi müəyyən edilib. Onun yerləşdiyi ərazi isə faktiki Atambayevə məxsus olan "Forum" elmi-istehsal şirkəti tərəfindən qeydiyyata alınıb.

"Pervomaisky Rayon Məhkəməsinin qərarı ilə yuxarıdakı əmlak müsadirə edilib",- deyə Mətbuat Xidmətinin məlumatıda bildirilir.

Baş Prokurorluğun bildirdiyinə görə, istintaq hazırda sabiq dövlət başçısının məscidi tikdirdiyi vəsaitin mənbələrini müəyyənləşdirir.

Qeyd edək ki, Qırğızıstanda məhkəmə eks-prezident Almazbek Almazbekin həbs müddətini uzadıb.

Avqustun 7-8-də Qırğızıstanın xüsusi xidmət orqanları paytaxtın 20 kilometrliyində Koy-Taş kəndində  Atambaevin iqamətgahında onun saxlanılması üçün əməliyyat keçirib. Burda yaranan qarşıdurma zamanı hüquq mühafizəçilər keçmiş liderin tərəfdarlarına qarşı xüsusi avadanlıq istifadə edir. Atambayev tərəfdarları onlara cavab atəşi açır. Beləliklə, ilk gün sabiq prezidentin tutulması mümkün olmadı. Atambayevin tərəfdarları altı xüsusi təyinatlı əsgəri girov götürdü. Ertəsi gün, eks-prezidentin təhlükəsizlik qüvvələrinə təslim olmasına baxmayaraq tərəfdarlarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yenidən canlandı və səhərə qədər davam etdi. Xüsusi əməliyyat nəticəsində 136 nəfər yaralanıb (Səhiyyə Nazirliyinin məlumatına görə). Bir xüsusi təyinatlı isə Usen Niyazbekov həyatını itirdi.

Qırğızıstandakı sosial-demokratlar partiyasının lideri Atambayev, 2017-ci ildə prezident seçkisi nəticəsində hakimiyyəti öz varisi və ən yaxın müttəfiqi Sooronbay Jeenbekova verdi. Ancaq qısa müddətdən sonra eks-prezident komandasının üzvlərinə qarşı cinayət işi başlanıldı. Atambayevin özü keçmiş prezident statusundan məhrum edildi, ağır və xüsusilə ağır cinayətlərdə ittiham edildi. Keçmiş dövlət başçısı dəfələrlə ona qarşı və tərəfdaşlarının ünvanına irəli sürülən bütün ittihamların  siyasi xarakter daşıdığını bəyan edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43099

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41423

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42492

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48028

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42484

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42858
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 09:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru