Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2019
14:13
AXH-dən daha bir partiya uzaqlaşdı

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. İclasda ölkədəki mövcud ümumi vəziyyət, VİP-in Azərbaycan Xalq Hərəkatında (AXH) iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilati strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. 

Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, çıxışında ölkədə yaranmış vəziyyəti geniş təhlil edən VİP sədri Əli Əliyev hakimiyyətin ümummilli problemləri həlli və siyasi açılım istiqamətində hər hansı ciddi addım atmağa meyllənmədiyini vurğulayıb. O, belə bir şəraitdə VİP-in və digər real müxalifət qüvvələrinin xalqı səfərbər etmək istiqamətində fəallığının artırılmasına ehtiyac olduğunu deyib. 

Əli Əliyev AXH daxilində yaranmış vəziyyətə toxunaraq, müəyyən amillərin VİP-in Hərəkatda iştirakına xitam vermək zərurətini doğurduğunu diqqətə çatdırıb. 

Partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkən Əli Əliyev VİP nümayəndə heyətinin Türkiyəyə nəzərdə tutulan səfəri haqqında məlumat verib. O, partiyanın Bakıdakı diplomatik korpusla təmaslarının da artırıldığını qeyd edib. 

Müzakirələrdə iştirak edən Siyasi Şura üzvləri VİP sədrinin toxunduğu məsələlər ətrafında fikirlərini bildirərək, yeni situasiyada atılacaq addımları dəyərləndiriblər. 

Siyasi Şurada keçirilmiş səsvermədən sonra VİP-in AXH-də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
185

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
206

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
312

Bərdədə evdə partlayış olub, xəsarət alan var

11

Dekabr
14:46
HÜQUQ,HADİSƏ
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 21:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru