Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2019
11:01
Nazarbayevin qızı Parlamentə rəhbərlik edəcək

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Respublika Parlamenti Senatının (yuxarı palata) sədri vəzifəsinə keçmiş prezident Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın namizədliyini irəli sürüb.

FaktXəbər-in TASS agentliyinə istinadən məlumatına görə, bu barədə bazar ertəsi Senatın iclasında Qazaxıstan Prezident Administrasiyasının rəhbəri Krımbek Kuşerbayev açıqlama verib.

"Sizdən Dariqa Nursultan qızı Nazarbayevanı Qazaxıstan Respublikası Parlamenti Senatının sədri seçməyinizi xahiş edirəm", - deyə Kuşerbayev Tokayevin təqdimatını səsləndirib.

Daha sonra gizli səsvermə keçirilib və Dariqa Nazarbayeva 48 səslə - yekdilliklə Senatın sədri seçilib.

Avqustun 12-də Tokayev Dariqa Nazarbayevanın parlament səlahiyyətlərini uzatmışdı. Martın 20-də 56 yaşlı Nazarbayeva palatanın üzvləri arasında gizli səsvermə yolu ilə yekdilliklə Senatın sədri seçilmişdi. Bundan əvvəl o, Senatın Xarici İşlər, Müdafiə və Təhlükəsizlik komitəsinin sədri vəzifəsində çalışıb. 13 sentyabr 2016-cı ildə Senatın müavini təyin edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52937

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51152

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52593

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52270

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57717

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51931

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52327
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 12:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru