Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2019
15:12
1113
Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası istifadəyə veriləcək

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. 

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.

Bu il ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı təmiri, 253 məktəbin cari təmir olunması, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.

Məqalədə : Yeni tədris ili 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
76

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
96

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
114

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
145

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
117

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
128

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
470
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 15:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru