Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2019
12:27
2205
Səhiyyə Nazirliyinin rəsmisi: Elektron siqaretin buxarı təhlükə mənbəyidir

Son vaxtlar gənclər elektron siqaret çəkməyə üstünlük verirlər. Bununla da siqareti tərgidəcəklərini düşünürlər, amma elektron siqaretin səhhətlərinə ziyan olduğunu bilmirlər.

Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb. Belə ki, ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib. Aparılan araşdırmalara görə, iyulun 28-dən etibarən ölkədə qeydə alınan 193 ağciyər və tənəffüs xəstəlikləri elektron siqaretdən istifadəyə görə baş verib.

Ümumiyyətlə, elektron siqaretdən sonra asanlıqla adi siqaretə keçmək mümkündür.

FaktXəbər-in məlumatına görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin İctimai Sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev mövzu ilə bağlı oxu.az-a açıqlamasında elektron siqaretin adi siqaretdən daha təhlükəli olduğunu və ona müraciət edənlərin sayının getdikcə artdığını bildirib:

"Araşdırmalar elektron siqaret çəkənlərin sayının artdığını göstərir. Amma hələ dəqiq rəqəmlər göstərilmir. Hətta bir necə il öncə Ümumdünya Səhiyyə Təşkilatı öz narahatlığını bildirərək, elektron siqaretlərdən istifadə edənlərin sayının getdikcə artdığını, bu siqaretlərin təbliğ edildiyini bəyan etmişdi".

T.Musayev deyib ki, hazırda bir çoxları tütündən xilas olmaq üçün təhlükəsiz olduğunu zənn edərək, elektron siqaret çəkirlər, amma bunun daha ziyanlı olduğunu bilmirlər:

"Ümumiyyətlə, elektron siqaretdən sonra asanlıqla adi siqaretə keçmək mümkündür. Elektron siqaretin təhlükəli olub-olmaması ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, onun tərkibində qızdırılanda buxar yaradan maddələr əmələ gəlir. Onların hər biri təhlükə mənbəyidir, müxtəlif onkoloji və böyrək xəstəliklərinə səbəb olur".

Şöbə müdiri növbəti illərdə də elektron siqaret çəkənlərin sayında artım ola biləcəyini istisna etməyib:

"Bu sahədə tədqiqatlar hələ davam edir. Hazırda Azərbaycan da daxil olmaqla, dünya səviyyəsində bu məsələ ilə əlaqədar yeni tədbirlər görülməyə başlanılır”.

Məqalədə : elektron siqaret 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
295

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
227

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
161

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
150

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
377

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
289

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
230

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
183
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 00:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru