Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2019
10:00
1351
Şəhidin vərəsə pulu ilə adına şəhid bulağı tikdilər - VİDEO

Şəkidə şəhid qardaşı Nizami Şirinov şəhid vərəsələri üçün ayrılan vəsaiti elə kəndin şəhidlərinin adının əbədiləşdirilməsinə xərcləyib. O, Qarabağ döyüşlərində itkin düşmüş beş şəhidin xatirəsinə bulaq tikdirib.

Bu nümunəvi addımı Şəkinin Baş Laysqı kənd sakini, özü də Qarabağ döyüşlərinin iştirakçısı olmuş Nizami Şirinov atıb. Onun qardaşı Füzuli Şirinov könullü olaraq cəbhəyə gedib, Ağdamın Salahlı kəndi uğrunda döyüşdə şəhid olub. Ancaq ərazi düşmən mühasirəsinə düşdüyündən nəşini çıxarmaq mümkün olmayıb. Ayrı-ayrı istiqamətlərdə döyüşlərdə iştirak etmiş kəndin daha dörd şəhidinin meyitlərini də götürmək mümkün olmayıb.

Nizami Şirinov qardaşı ilə yanaşı, digər şəhidlərin də adını əbədiləşdirmək qərarına gəlib.

Kənd sakinləri və digər şəhidlərin yaxınları da bu təşəbbüsü müsbət qarşılayıblar.

Xatırladaq ki, Baş Laysqı kəndi Qarabağ döyüşlərində ümumilikdə 22 şəhid verib. Onlardan 5-nin məzarı yoxdur.

Məqalədə : Şəhid bulağı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 07:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru