Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2019
15:41
`Redmi Note 8` brendi təqdim olundu - VİDEO

Çinin “Xiaomi” şirkətinə məxsus “Redmi” brendi “Note 8 Pro” və “Note 8” smartfonlarını rəsmən təqdim edib.

“Redmi Note 8 Pro” modeli kamerasının tərkibinə 64 meqapikselli ötürücünün daxil olduğu ilk kommersiya qurğusudur. Söhbət arxa panelin mərkəzi hissəsində quraşdırılan 4 moduldan ibarət əsas kameranın tərkibinə daxil olan “Samsung ISOCELL Bright GW1” sensorundan gedir. Bu blok, həmçinin 8 meqapikselli sensor və 2 meqapikselli qoşa ötürücüyə malikdir. Ön tərəfdə 20 meqapikselli kamera yerləşir.

“MediaTek Helio G90T” prosessoru ilə təchiz edilən smartfonun operativ yaddaş tutumu 6 və ya 8 giqabayt, quraşdırılmış yaddaşın isə 64 və ya 128 giqabayt təşkil edir.

FHD standartına malik ekranın ölçüsü diaqonal üzrə 6,53 düymə bərabərdir. Enerjini 25 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir.

“Redmi Note 8” modeli də korpusun arxa hissəsinin sol yuxarı küncündə yerləşən 4 kamera ilə təchiz edilib. Konfiqurasiyaya 48 və 8 milyon pikselli sensorlar, eləcə də 2 meqapikselli ötürücü daxildir. Ön kamera 13 meqapikselli matrisaya malikdir.

Smartfon “Qualcomm Snapdragon 665” çipi, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. 6,3 düym diaqonallı ekran FHD təsvir ölçüsünə malikdir. Qurğuda 4 min milliamper/saat tutumlu batareya tətbiq edilib.

Bundan başqa, “Redmi Note 8 Pro” və “Redmi Note 8” modelləri “Wi-Fi 802.11ac” və “Bluetooth 5” simsiz rabitə adapterləri, “USB Type-C” simmetrik portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxış ilə təchiz olunub. Smartfonlar “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Məqalədə : Redmi Note 8 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16308

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14952

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16342

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15950

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21324

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15839

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15985
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 15:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru