Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2019
12:08
`Qarabağ` - `Linfild` oyununa 13 min bilet satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Şimali İrlandiyanın “Linfild” komandasına qarşı keçirəcəyi oyun üçün bilet satışı davam edir.

Faktxeber.com Ağdam təmsilçisinin rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, hələlik 13 min bilet satılıb. Oyun üçün ən ucuz bilet 2 manatdır.

Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, avqustun 29-də 31200 nəfər azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda “Linfild” 3:2 hesabı ilə qalib gəlib.

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda kütləvi zəhərlənmə olub

16

Dekabr
10:50
ÖLKƏ
80

AMB-nin valyuta məzənnələri

16

Dekabr
09:44
İQTİSADİYYAT
160

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
369

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
646
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 11:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru