Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2019
16:16
910
Bunu AZTV demir, Almaniyanın `Die Welt` qəzeti yazır

"Təyyarələr uçmur, tanklar getmir, tüfənglər vurmur - Bundesverin avadanlıqları pis vəziyyətdədir."

FaktXəbər-in məlumatına görə, bu barədə Almaniyanın "Die Welt" qəzeti yazır. "Bu vəziyyətdə "şərti müdafiəyə hazırlıq" anlayışı mükəmməldir", - nəşr qeyd edir. İndi alman əsgərləri ən sadə əşyalar və ya birinci dərəcəli  hesab edilən ordu ayaqqabıları ilə təminatda belə çətinlik var.

Məqalədə deyilir ki, Bundesverin yeni çəkmələrlə təmin edilməsi prosesində böyük gecikmələr baş verib. Azad Demokrat Partiyasının millət vəkili Marie-Aqnes Strak-Zimmermannın sorğusuna Müdafiə Nazirliyindən belə cavab verilib: "Silahlı qüvvələr üçün yeni hərbi ayaqqabı sisteminin hazırkı planlaşdırmaya uyğun olaraq tam tətbiqi 2022-ci ilin ikinci rübünün sonuna qədər tamamlanacaq." "Əslində, əsgərlərin 2020-ci ilin sonuna qədər yeni ayaqqabı alması planlaşdırılırdı", - alman qəzeti qeyd edir.

Nazirlik bildirir ki, "sənayenin məhsuldarlığı məhdud olduğuna görə" işlər planlaşdırıldığı kimi getmir. Eyni zamanda, rəsmi nümayəndə yeni ayaqqabı almış hərbçinin sayı bardə dəqiq rəqəm söyləməyib. Müdafiə Nazirliyindən verilən məlumata görə, "yalnız bəzi" hərbçilər yeni ayaqqabılarla tam təchiz olunub.

Strak-Zimmermanın sorğusuna yazılı cavabda sadəcə qeyd edilib ki, 183 min hərbi qulluqçudan təxminən 160 mini ağır qoşun çəkmələrinin ilk cütünü alıb, lakin ikinci cüt barədə söhbət getmir. Yalnız 31 min əsgər yüngül çəkmələr alıb. Nəşr yazır ki, iki cüt ağır və bir cüt yüngül ordu ayaqqabısı ilə təhcil olunma məsələsi 2016-cı ildən planlaşdırılırmış.

Strak-Zimmermanın dediyinə görə, bütün ordunu yeni ayaqqabılarla təchiz etmək üçün çox vaxt lazımdır. "Axı bu, moda deyil, təhlükəsizlik məsələsidir. Yanğınsöndürənlərin yanğını çəkələklə söndürdüyünü təsəvvür edin", - deputat deyir.

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer bu vəzifədə ordu nümayəndələri ilə ilk görüşündə bildirmişdi ki, "Bundesverdə xidmət üçün əsgərlərin müasir, sınanmış avadanlıqlara ehtiyacı var. Qoşunlar vəzifələrinə uyğun təchiz olunmalıdır. Bu, hərbçilərin "şəxsi təchizat"ına da aiddir."

Məqalədə : Almaniya ordusu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
380

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
307

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
230

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
224

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
471

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
397

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
326

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
251
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 09:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru