Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2019
12:32
1087
Ayətullah Sistani Məhərrəm ayı öncəsi din xadimlərinə müraciət edib

Böyük İslam alimi Ayətullah Seyid Əli Sistani Məhərrəm ayı öncəsi din xadimlərinə müraciət edib. FaktXeber.com-un məlumatına görə, İslam aliminin tövsiyələri onun ofisi tərəfindən yayımlanıb.

İslam dünyasının tanınmış müctəhidi ilk əvvəl Kərbəla hadisəsinin əsas hədəflərindən söz açaraq, bütün müsəlmaları  bu mərasimdə iştirak etməyə və ona hörmətlə yanaşmağa çağırıb: "Bütün müsəlmanlar bu hadisələrə sanki öz ailə üzvlərinin başına  gəlmiş kimi məhəbbət, kədər və təvazökarlıqla baxmalıdırlar, çünki Məhəmməd Peyğəmbər (s) və onun Əhli-beyti (ə) Böyük Yaradan üçün əzizdir".

Kərbəla hadisəsinin Allahı xatırlatmağa, zikrə, dinin yayılmasına gətirdiyini deyən Ayətullah Sistani bu baş verənlərin İslam dəyərlərini insanların qəlbində və zehnində qoruyan bir dəlilə çevrildiyini vurğulayıb.

Böyük İslam alimi din xadimlərinə də müraciət edərək, matəm mərasimində bu nüanslara fikir vermələrinə çağırıb: "Belə çıxışlar mömin insanların qəlblərini sakitləşdirər, imanlarını artırar və onları Böyük Yaradan tərəfindən nazil ediləcək yaxşı və doğru işlər görməyə təşviq edər".

Ayətullah Sistani onları həmçinin fikir ayrılığına səbəb olacaq açıqlamalar verməkdən çəkinməyə çağırıb: "Din xadimləri müsəlmanları birləşdirməyə və aralarında dostluq əlaqələrini gücləndirməyə çalışmalıdırlar: Müsəlmanlara digər İslam məzhəblərinə qarşı üsyan edəcək bir şey söyləməmələrini tövsiyə etməlidirlər, çünki onlar eyni dinin ardıcıllarıdır - Allahın təkliyinə və Həzrət Məhəmmədin (с) peyğəmbərliyinə şəhadət verirlər".

"Natiqlər həmçinin dinləyicilərini digər İslam məzhəblərinin ardıcıllarının dini məclislərinə getməyə, cənazələrində iştirak etməyə təşviq etməlidirlər, çünki bu, Məhəmməd Peyğəmbərin və onun nəslindən olan bir ənənə idi. Bu ənənəyə qarşı hərəkət edən hər kəs əlbətdə böyük bir səhv edər", - deyə İslam dünyasının tanınmış müctəhidi burğulayıb.

Məqalədə : Ayətullah Sistani 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
368

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
296

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
219

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
212

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
458

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
384

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
314

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
239
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 08:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru