Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
16:09
Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

Azərbaycanda rasionallaşdırılan məktəblərin siyahısı açıqlanıb.

Təhsil Nazirliyindən bildirilib ki, 2017-ci ildən 2019-ci ilə qədər rasionallaşdırma tədbirləri ilə əlaqədar Tovuz rayonunun Düzqırıqlı kəndindəki N.Əmiraslanov adına tam orta məktəb həmin kənddəki  1 nömrəli məktəblə, Astara rayonunun Kakalos kənd 2 nömrəli məktəbi həmin kənddəki 1 nömrəli məktəblə, Masallı rayonunun Kürdəbaz kənd ümumi orta məktəbi isə Qarğalıq kənd tam orta məktəbi ilə  birləşdirilib. Nazirlikdən bildirilib ki, zərurət olduğu hallarda rasionallaşdırma tədbirləri davam etdirilə bilər.

Ümumilikdə respublika üzrə 2018/2019-cu tədris ilinin sonuna şagird sayı 20 nəfərdən az olan məktəblərin sayı 290-dır. 

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanda 243 modul tipli məktəb var. 2019-cu ilin sonuna kimi 24 rayonda 50 modul məktəbin quraşdırılması nəzərdə tutulub. Belə ki, bəzi ucqar kəndlərdə qəzalı vəziyyətdə olan məktəb probleminin aradan qaldırılması üçün modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulub. Yeni quraşdırılacaq modul tipli məktəblərin layihəsi artıq hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.(APA)

Məqalədə : Şagird məktəb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
229

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
361

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
290

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
569
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 00:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru