Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
12:48
1130
Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı istintaq davam edir. İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Mirhəmid İqbal oğlu Nərimanlı, Orxan Çingiz oğlu Nərimanlı, Pərviz Əvəzoviç Əsgərov, Famil Kamran oğlu İmanov, Rahim Bəhlul oğlu Şahverdiyev və Amir Nağızadə oğlu Abbasov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Tutulanlardan Mirhəmid Nərimanlı deputat İqbal Məmmədovun oğlu, Orxan Nərimanlı isə qardaşı Çingizin oğludur. Saxlanılanlar paytaxta gətirilib, Bakı İstintaq Təcridxanasına göndəriliblər. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Avqustun 16-da “Relax” istirahət mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb. İstirahət mərkəzinə yoxlamaya göndərilən vergi işçiləri əraziyə buraxılmayıb. Köməyə çağırılan polisləri də “Relax” istirahət mərkəzinə buraxmayıblar, vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq olunub, nazirliyə məxsus nəqliyyat vasitələri daşqalaq edilib.

Deputat İqbal Məmmədov insidentlə bağlı məlumat yayılandan sonra belə bir hadisəni inkar edib. Az sonra isə hadisənin baş verdiyini təsdiqləyən video yayılıb. Ardından Vergilər, Daxili İşlər nazirlikləri, Baş Prokurorluq rəsmi məlumat yayaraq İqbal Məmmədovun oğlunun, qardaşı oğlunun və digərilərinin törədilən cinayət əməlinə görə həbsini təsdiq ediblər. Bundan sonra İqbal Məmmədovun səsini eşidən olmayıb. Həmçinin bəlli olub ki, deputatın qohum-qardaşının idarə etdiyi, ilin 4 fəsli fəaliyyətdə olan obyektə görə il ərzində cəmi 972 manat vergi ödənilib. Bu məlumatlar sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. “Relax” istirahət mərkəzində qiymətlər haqda paylaşımlar edən istifadəçilər bu məbləğin il ərzində qutab satmaqla məşğul olan Səkinə xaladan alınan vergiyə bərabər olduğunu yazırlar. Qeyd edirlər ki,  14 hektar sahəsi, 20 obyekti olan istirahət mərkəzində qiymətlərin Şarm-Əl Şeyx kurort zonasını üstələdiyini qeyd edirlər.

Yazırlar ki, qolunda 109 min dollarlıq saat gəzdirən deputatın istirahət mərkəzində  hovuzdan istifadəyə görə adambaşı 20 manat, “Kvadrasikl” 50 manat, raftinq 40 manat, bir gecə qalmaq 130-150 manatdır. Yeməklərin qiymətləri də kəllə-çarxdadır - 1 tikə kabab 8 manata, spirtli içkilər isə az qala 3-4 qat qiymətə satılır. Belə bir obyektin il ərzində 972 manat vergi verməsi, sadəcə, vergi ödəməməsi anlamındadır.

Sosial şəbəkə istifadəçiləri sual edirlər ki, əgər “Relax” İqbal Məmmədovun deyil, sahibi digər sıradan bir iş adamı olsaydı, belə hərəkətlərə yol verilməzdi. Üstəlik, deputatın obyektinə gələn vergi müfəttişləri döyülməz, faktiki olaraq, dövlətə məxsus nəqliyyata daş atılmazdı.

Gələn məlumatlar onu deməyə əsas verir ki, İqbal Məmmədov hazırda hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşməyə can atır, oğlunu, qardaşı oğlunu heç olmasa istintaq dövründə ev dustaqlığına çıxarmağa çalışır. Onun bu çabalarının nəticə verməyəcəyi, hakimiyyət nümayəndələrinə zor tətbiq edən, dövlətə məxsus nəqliyyat vasitələrini yararsız hala salan deputat oğlunun istintaq dövründə azad olunmayacağı deyilir.

İstintaq hazırda mətbuatda İqbal Məmmədovun yaxınlarının, xüsusilə oğlunun “Relax”da etdiyi qanunsuzluqlar, zorakılıqlala bağlı məlumatlar toplayır, şahidlərin, zərərçəkənlərin müəyyən edilməsi istiqamətində iş aparır. Belə məlumatlardan biri 8 yanvar 2019-cu ildə AzToday.az saytında yayılıb. Həmin xəbər belə idi. Sitat: “Lerikin deputatı İqbal Məmmədovun oğlu 31 dekabrda ”Relax" istirahət mərkəzində dava salıb. Bu barədə hadisə şahidləri AzToday.az-a məlumat veriblər. Onlar deyiblər ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. Mənbə bildirib ki, deputatın oğlu “butulka” ilə iranlının birinin başına zərbə endirib, digərini isə möhkəmcə döyüb".

Həmin vaxt deputat İqbal Məmmədov açıqlamasında məlumatı təkzib edib. O bildirib ki, bayram günlərində özü də “Relax”da olub və məlumat həqiqətəuyğun deyil: “Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır”.

Son insidentdən sonra İqbal Məmmədovun mandat məsələsi də müzakirə olunmaqdadır. Vergidən yayınan, vergi müfəttişlərinə əl qaldıran, dövlətin əmlakına ziyan vuran birinin yaxasında Azərbaycan bayrağı, cibində deputat “knijka”sı gəzdirməsi suallar yaradıb. İstintaqın gedişindən asılı olaraq bu məsələyə baxılması da gündəmdədir. ("Yeni Müsavat"İ)

Məqalədə : Deputat oğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
184

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
200

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
245

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1081

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1254

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1046

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1076

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
478
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 00:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru