Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
10:59
Bağdadi öz varisini təyin edir

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi terror təşkilatının idarəçiliyini yaxın silahdaşı olan Abdulla Qardaşa verməyə hazırlaşır. FaktXeber.com-un "Times"ə istinadla məlumatına görə, bu barədə "Amak" məlumat yayıb.

Bildirilir ki, Bağdadi Səddam Hüseyn ordusunun sabiq zabiti Abdulla Qardaşı 2003-cü ildə diktatorun əsirliyindən sonra görüb. Onların hər ikisi 2003-cü ildə "Əl-Qaidə" ilə əlaqəsinə görə Bəsrədə Bukka düşərgəsində həbsxanada saxlanılırdılar.

Hesab olunur ki, məhz burda Əl-Bağdadi yüzlərlə məhbusu öz tərəfinə çəkərək, "xilafət" ideyasını ortaya atıb. Qardaş da həmin vaxtdan etibarən onunla işləyirmiş.

Əl-Bağdadi öz fəaliyyətinə 2014-cü ildə Mosulda "Ən-Nuri" məscidində çıxışları ilə bağşayıb. Elə orda da öz "xilafətini" elan edib.

Hesab olunur ki, 2017-ci ildə koalisiyanın aviazərbələrindən sonra Bağdadi iflic olub, o, həmçinin diabetdən və yüksək təzyiqdən əziyyət çəkir. Xüsusi xidmət orqanları onun hazırda İraqın qərb səhrası olan Anbarda gizləndiyini düşünür. 

Ekspertlər iddia edirlər ki, hazırda terror təşkilatının ruhiyyəsini qaldırmağa çalışan İŞİD lideri qruplaşmanın maddi-texniki bərpası ilə məşğul olacaq varisini seçir.

Təhlükəsizlik qüvvələri İŞİD-in yerli bölmələrinin əvvəlki kimi hücumlar həyata keçirmək üçün yaxşı təşkilatlandığı barədə region boyu xəbərdarlıq ediblər. Qardaşın təyini onları canlandıra bilər.

Məqalədə : Bağdadi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
229

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
366

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
295

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
574
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 01:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru