Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
09:50
1398
DİM abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edib.

DİM-dən Faktxeber.com-a verilən məlumatda bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 29-dək qeydiyyatda alınmalıdırlar.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Məqalədə : DİM abituriyent 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
211

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
224

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
269

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1103

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1280

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1068

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1099

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
485
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 01:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru