Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
15:20
BMT: Gözlərinin içinı baxıb, pulumuz yoxdur demək ürək ağrıdır

22 yardım proqramı maliyyələşməyəcəyi təqdirdə iki ay ərzində bağlanacaq. FaktXeber.com-un məlumatına görə, BMT-nin Yəmən üzrə  Humanitar Yardım koordinatoru Liza Grande belə deyib.

Onun sözlərinə görə, vəsaitlər gəlməzsə insanlar öləcək.

Grande bildirib ki, 34 yardım proqramından yalnız 3-ü üçün illik fond var: «Donor ölkələr ötən fevral ayında Yəmənə 2,6 milyard dollar yardım sözü verməsinə rəğmən bu vəsaitin yarısından azı toplanıb… BMT ötən may ayında peyvənd kompaniyalarının çoxunu dayandırmaq məcburiyyətində qalıb. Minlərlə tibb işçisi maliyyə dəstəyi ala bilmir».

Onun sözlərinə görə, dünyanın ən böyük humianitar böhranın yaşandığı Yəməndə humanitar yardım əməliyyatları aparılır: «Yəməndə milyonlarla günahsız insan döyüşlərin qurbanına çevrilir və həyatda qalmaq üçün bizə güvənir. Bu vəziyyətdən utanc hiss keçiririk. Bir ailənin gözünün içinə baxıb, «kömək eləməyə pulumuz yoxdur», - demək insanı ağrıdır».

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15342

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13987

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15426

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15034

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20367

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14919

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15038
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 06:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru