Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
12:45
1000
12 və 13-cü kolonda işgəncə iddialarına RƏSMİ AÇIQLAMA

Son günlər ərzində bəzi sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 12 və 13 saylı cəzaçəkmə müəssisələrində ayrı-ayrı məhkumlara qarşı müəssisə rəhbərliyi tərəfindən zorakılıq hallarına yol verilməsi barədə iddialar yer alıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirlib ki, bunlar həqiqətə uyğun olmayan məlumatlardır.

Penitensiar xidmət bildirir ki, istər göstərilən cəzaçəkmə müəssisələrində, istərsə də xidmətin digər tabe qurumlarında saxlanılan məhkum və həbs edilmiş şəxslərin hüquq və qanuni mənafelərinin qorunması xidmət rəhbərliyinin daimi olaraq ciddi nəzarəti altındadır:

"Bununla belə, ayrı-ayrı məhkumların qanunvericilikdə nəzərdə tutulmamış imtiyazlara nail olmaq məqsədilə saxlanma qaydalarının pozulmasına, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin qanuni tələblərinə riayət olunmasından imtina etməsinə yönələn hərəkətlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qarşısı alınır.

Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən tabe qurumlarda həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, islah-tərbiyə prosesinin səmərəliliyinin artırılması, habelə xidmətin bütün fəaliyyət sahələrini əhatə edən tədbirlərin həyata keçirilməsinə dair ictimaiyyətə əvvəllər olduğu kimi müfəssəl məlumat veriləcək". (report)

Məqalədə : 12 və 13-cü kolon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
493

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
591

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
629

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1123

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
711

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
683
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru