Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
12:50
Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO

Rusiyanın avqustun 8-də Nyonoksda baş verən nüvə qəzasını gizlətmə cəhdləri barədə dəlillər günü-gündən artır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə BusinessInsider xəbər verib.

Bildirilir ki, Kreml ölümcül partlayışın səbəbini açıqlamaqdan imtina edib. Lakin  yaralı pasientləri müalicə edən həkimlərə radiasiya şüalanması barədə xəbər verilməyib, xəstəxana sənədləri isə müsadirə olunaraq, məhv edilib (The Moscow Times).

Məlumata görə, poliqon yaxınlığında olan 4 nüvə monitorinq stansiyası qəzadan sonra  sirli şəkildə sönüb. Ekspertlər bunu çox qəribə təsadüf adlandırırlar (CNN).

Qərbli ekspertlər və kəşfiyatçılar hesab edirlər ki, Nyonoks partlayışı «Qiyamət günü silahı» adını alan 9M730 «Burevestnik» atom qanadlı raketinin (Hansı ki, NATO da SSC-X-9 Skyfall adlandırır) uğursuz sınağı nəticəsində baş verib.

Yeri gəlmişkən qeyd edək ki, 1960-cı illərdə ABŞ-da «Pluton» adlı oxşar layihə olub. Lakin silah çox təhlükəli olduğundan hökumət onun üzərində işini davam etdirməmək qərarına gəlmişdi. Nəticədə 1964-cü ilin iyulun 1-də layihənin üzərində 7,5 il işlədikdən sonra, «Pluton» layihəsi qapandı.

Nə səbəbdənsə Rusiya avqustun 8-də poliqonda sirli surətdə nəyin partladığını açıqlamır. Həmçinin qonşu şəhərlərdə  radiasiya səviyyəsinin kəskin surətdə artıb. Bir neçə gün sonra yerli məmurlar  sakinlərin evakuasiyası barədə göstəriş versələr də, bir neçə saat keçmiş fərman ləğv edilib.

İlk əvvəl Rusiya KİV-ləri sınaq zamanı maye yanacaqlı reaktiv  mühərriyin partlaması barədə məlumat vermişdilər. Qərbli ekspertlər və kəşfiyyat nümayəndələri bu xəbəri təkzib ediblər. Onların sözlərinə görə, mühərriyin partlaması radiasiyanın kəskin artmasına səbəb ola bilməzdi.

«Rosatom» Dövlət Nüvə Agentliyi partlayış vaxtı Rusiyanın yeni silah üzərində işlədiyini etiraf edərək, «yeni texnologiyaların sınağı zamanı belə hadisələrin baş verə biləcəyini» deyib.

Putin isə hadisə ilə əlaqədar bəyan edib ki, təhlükə yoxdur, ekspertlər vəziyyəti izləyirlər.

Qeyd edək ki, rəsmi məlumatlara görə, qəza nəticəsində azı 7 nəfər həlak olub. Rusiya onları «milli qəhrəman»  adlandırıb. Eyni söz ötən ay çox məxfi atom sualtı qayığında sirli yanğın zamanı həlak olan 14 rusiyalı dənizçi barədə də deyilib. Lakin onların qəhrəmanlıqlarının  təfərrüatları Rusiya xalqından və ümumiyyətlə bütün dünyadan gizlədilir.

Avqustun 20-də məlum oldu ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsi Təşkilatı (OPCW) Beynəlxalq Monitorinq Sisteminin 2 stansiyası ilə əlaqə yarada bilməyib. Söhbət Bilibino şəhərində və Zalesevo  kənldindəki stansiyalardan gedir. Bu barədə OPCW-nin icraçı katibi Lassina Zerbo bəyan edib.

Buna qədər isə qəza yerinə ən yaxın Dubna və Kirovsk stansiyaoları Vyanada vahid mərkəzə məlumat ötürməyi dayandırmışdılar.

Wall Street Journal-a müsahibə verən  Zerbo deyib ki, rusiyalı mütəxəssislər bunu  şəbəkə və rabitədə yaranan nasazlıqla əlaqələndiriblər. 

Bununla belə  ekspertlər hesab edirlər ki, Nyonoks  qəzasından  dərhal sonra monitorinq stansiyalarının işinin dayandırılması təsadüf deyil. Lassina Zerbo öz tvitterində partlayış nəticəsində  yarana biləcək  radioaktiv buludun  yayılması barədə nəzəri videorolik də  dərc edib.

Greenpeace enerji idarəsinin layihə meneceri Rəşid Alimov Rusiya qanunvericiliyinə əsasən  insanların sağlamlığı və ətraf mühitin vəziyyəti barədə  məlumatlar gizlədilə bilməcəyini deyib: «Hadisə baş verən günü, avqustun 8-də  biz Rospotrebnadzor (İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət) və Rosqidromet-ə (Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmət) müraciət etdik, lakin bu günə qədər ətraflı məlumat ala bilməmişik. Əlbəttə, bu gün çox az adamı inandırmaq olar ki, hər şey təhlükəsizdir. İlk gündən Müdafiiə Nazirliyi bəyan etdi ki, ətraf mühitə heç bir zərərli maddə düşməyib. Ancaq  Severodvinskdə radiasiya fonu təqribən 20 dəfə artıbsa, bu o deməkdir ki, zərərli tullantı olub. Məlumatımız var ki, Arxanqelskdə insanlar apteklərdən kütləvi şəkildə yod almağa başlayıblar. Lakin bu tədbir ancaq azömürlü  dioksid yod tullantısı varsa effektivdir. Əgər ora hansısa başqa radionuklidlər atılıbsa, bu tədbir tamamilə əhəmiyyətsizdir. Bu səbəbdən  hansı izotopların tullandığı barədə cəmiyyət məlumatlandırılmalıdır».

Qeyd edək ki, sosial şəbəkədə hansısa rus hərbçisinin Nyonoks qəsəbə sakinləri ilə danışığının gizli çəkilişi yayılıb. Yarım saatlıq video Newsader resursu tərəfindən avqustun 17-də paylaşılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
286

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
424

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1299
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 15:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru