Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
11:55
DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib

Rəsmi qurumlar Ucar rayonunun Qaradağlı icra nümayəndəliyinə daxil olan Çini kəndində bədheybətin peyda olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun rəhbəri Toğrul Nəsirli APA-nın yerli bürosuna bildirib ki, polis əməkdaşları ərazidə xidmət aparırlar: “Analoji hadisələr qonşu Ağdaş və İsmayıllı rayonlarında da baş vermişdi. Bu vaxta qədər heç bir qeyri-adi məxluqa rast gəlinməyib. Narahatçılığa heç bir əsas yoxdur. Bütün bunlar reallıqdan kənar bir məsələdir”.

Ucar Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalov APA-ya açıqlamasında bu vaxta kimi kənddə belə bir hadisənin baş vermədiyini deyib: “Bütün bunlar sadə insanlar arasında yayılan söz-söhbətdir. Kənddə heç bir qeyri-adi məxluq yoxdur və heç kəsə bu vaxta kimi ziyan dəyməyib. Kənd sakinləri arasında yayılan bu söz-söhbətlər reallığı əks etdirmir”. 

Məqalədə : DİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
385

Bakıda ana və qızı qətlə yetirildi

14

Dekabr
11:00
HÜQUQ,HADİSƏ
257

İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi

14

Dekabr
10:56
HÜQUQ,HADİSƏ
1287

Bakıda ana və qızı qətlə yetirilib

14

Dekabr
10:44
HÜQUQ,HADİSƏ
301

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

13

Dekabr
23:23
İQTİSADİYYAT
248

Daşkəsəndə 38 yaşlı şəxs özünü yandırdı

13

Dekabr
21:37
HÜQUQ,HADİSƏ
289
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 14:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru