Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
10:54
1117
Yəmən ordusu Səudiyyənin hərbi bazasını vurub

Yəmən ordusu və husilər pilotsuz təyyarənin köməyi ilə Səudiyyə Ərəbistanının Hamis Maşiyat rayonunda Kral Xalid HHQ-nin bazasına zərbələr endirib. FaktXeber.com-un FarsNews-a istinadla verdiyi məlumata görə, ilk zərbə hərbi rabitə sisteminə, ikinci zərbə isə baza ərazisində yanacaq stansiyasına edilib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının bir sıra hava əməliyyatları Yəmənlə sərhəddin 2 km-də yerləşən Kral Xalid adına bazadan həyata keçirilir.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Son bir neçə ayda Yəmən ordusunun Səudiyyə Ərəbistanının Cizan, Nəcran və Əsir əyalətlərində aeroportlara hücumu artıb. ABŞ-ın «Patriot» sisteminə baxmayaraq, Səud  rejimi yəmənlilərin hücumuna qarşı çıxa bilmirlər.

Yeri gəlmişkən qeyd edək ki, dünən husilər Damar əyalətində Amerikanın MQ-9 kəşfiyyat-zərbə pilotsuz təyyarəsini məhv edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
188

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
203

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
248

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1084

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1256

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1049

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1079

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
479
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 00:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru