
Sakinlər bildirirlər ki, söküntünün qarşılığında başqa yerdə ev ala biləcəkləri miqdarda kompensasiya istəyirlər...
Bakının illərdir söküntü dalğasının səngimədiyi “Sovetski” məhəlləsində yenidən evlər söküləcək. Bu dəfə yaşayış obyektlərinin sökülməsinin səbəbi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətidir. Belə ki, ötən həftə məlumat yayıldı ki, Nazirlər Kabineti “Qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.
Qərara əsasən, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartıazaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir. Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.
“Metronun ”Nizami" stansiyasının ətrafına yerləşən köhnə tikililərin fasadı yeniləndi, təmir işləri görüldü. Küçəyə baxan binaların hamısının fasad örtüyü təzələndi. İndi də burada söküntü işlərinin aparılacağı xəbəri yayılıb. Onsuz da ərazidə 2014-cü ildə söküntü işi görülür. Yay aylarında toz-dumanın əlindən evdə pəncərəni aça bilmirik. Pəncərəni bir az açıq qoyanda baxırsan ki, qənd qabındakı ağ qənd qapqara olub. İçəri dərhal toz vurur. Pəncərəni də qapadanda havasızlıqdan əziyyət çəkirik. Ona görə də köçürüləcəyimiz günü gözləyirik. Ancaq hələ ki bu barədə konkret söz deyilmir. Köçürülən ailələrdən razı və narazı qalanlar çox olub. Ümid edirik ki, bizə heç olmasa ayrı yerdə ev ala biləcəyimiz məbləğdə kompensasiya veriləcək. Mən maraqlanıram ki, son zamanlar həm torpaq, həm ev, həm də tikinti materialları bahalaşıb. Gərək ki, kompensasiya veriləndə bu kimi məsələlər nəzərə alınsın".
Digər sakin Firudin söylədi ki, bu ərazilərdə metro ilə bağlı qazıntı işləri çox aparılıb:
“Murtuza Muxtarov küçəsində metronun havalandırma yeri də var. Mən özüm də metroda çalışmışam və məlumatım var ki, bu yerlərdə nə qədər dərin qazıntı işləri aparılıb. Sovet dövründə burada sığınacaq da tikmişdilər. Ancaq qazılan yerləri su basdı. Metronun ”Nizami" stansiyası açılan zaman su axını gəlmişdi. Suyun qabağını almaq olmurdu. Sonradan öyrəndilər ki, həmin su axını “Böyük şor” gölündən gəlir və qarşısını aldılar. Yəni bura göründüyü qədər sadə yer deyil. Ona görə də, görünür, metro üçün hansısa tikintilər aparılacaq və torpağa ehtiyac var. Əgər belədirsə, camaata normal kompensasiya verilsin. Yaxşı kompensasiya verilərsə, camaat narazılıq etməz. Bura nə qədər tozlu olsa da, alışmışıq, öyrəşmişik. Ona görə də şəxsən mən bu əraziləri tərk etmək istəmirəm".
Murtuza Muxtarov küçəsində hazırda hansısa söküntü işlərinin aparıldığının şahidi olmadıq. Ərazidə köhnə evlər, mağazalar və digər bu kimi obyektlər yerləşir.
Məlumat verək ki, “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. Hazırda həmin sakinlər Bakının müxtəlif yerlərində məskunlaşıblar. Həmin köhnə evlərin yerində isə park salınıb.
2018-ci ildə “Sovetski”də söküntünün ikinci dalğası başlayıb. Ümumilikdə isə məlumata görə, bu günə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 5 mindən çox yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Sökülən evlərə görə sakinlərə hər kvadrata 1500 manat olmaqla kompensasiya ödənilib.
Hazırda “Sovetski” ərazisi hündür binaların əhatəsində qalıb. Ortada qalan evlərin isə prosesin 4-cü mərhələsində sökülməsi planlaşdırılır.(musavat.com)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun17-01-2020 17:07 “Sovetski” ərazisində söküntü işləri dayandırılıb
14-05-2019 14:37 "Sovetski"nin yeni görkəmi - FOTO
01-05-2019 11:20 Nizami metrosuna görə "Sovetski"nin bu hissəsi sökülməyəcək
15-03-2019 09:23 "Sovetski"də kompensasiyanın məbləği artırıla bilər
14-03-2019 09:20 Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirdi
09-03-2019 11:21 "Sovetski" və Atatürk parkı haqda suallara aydınlıq gətirilib
- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi