Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
09:49
1053
Azərbaycanın bəzi rayonlarında qaz olmayacaq

Avqustun 22-si səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Naftalan şəhər mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-dən FaktXəbər-ə verilən məlumata görə, qeyd edilən saatdan etibarən texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verilib.

Həmçinin bu gün səhər saat 09:00-dan Hacıqabul rayonunun 5 kəndində də qaz təchizatı dayandırılıb. “Qaz İxrac” İdarəsi bu müddət ərzində balansında olan kəmərlərdə qaz sızmalarının ləğvi işlərini həyata keçirəcək.

Bundan başqa, “Qaz İxrac” İdarəsi qaz ölçü qovşağında quraşdırılmış qaz sayğacının əvəzlənməsini də həyata keçirəcək. Bununla əlaqədar olaraq 2 saat ərzində (10:00-dan 12:00-dək) Qazax rayonunun 3 kəndində qaz olmayacaq. Bundan başqa saat 09:30-dan 17:30-dək qaz sızmalarının ləğvi, orta təzyiqli qaz xəttinin sazlama işləri ilə bağlı İsmayıllı rayonunun mərkəzinin bir hissəsi və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə : Azərbaycan qaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
487

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
584

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
626

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1117

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
707

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
679
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru