Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
09:17
837
Qubada dəhşətli yol qəzası: vuran qaçdı, yardıma gələn həyatından oldu

Quba rayonunda baş verən qəzanın təfərrüatları bəlli olub.

FaktXəbər-in məlumata görə, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub.

Nəticədə, 3 uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar.

Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə : yol qəzaı Quba 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
112

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
131

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
233

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
145

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
186
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 19:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru