Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2019
16:51
808
Meşə yanğınlarının əsas səbəbkarı insandır - Nazirlik rəsmisi

"Biz yanğınların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik".

Bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

O deyib ki, hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir: “İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş vermir, insan tələfatı olmur.

Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir.

Azərbaycan təbiətinin gözəlliyi haqqında danışmaq, əlavə bir söz demək düşünürəm ki yersizdir. Çünki bu barədə çox danışılıb və bu gün də danışılır. Biz çox böyük qürurla təbiətə “ana təbiət” deyirik amma çox təəssüf ki “ana” dediyimiz təbiəti ana məhəbbəti ilə sevmirik.

Son zamanlar baş verənlər, insanların yaşıllıqlara laqeyd münasibəti, ətraf ərazilərin məişət tullantıları ilə çirklənməsi, eləcə də də bu günlərdə müxtəlif yerlərdə baş verən ardıcıl yanğınlar onu göstərir ki, biz təbiətimizə qarşı yenə də səhlənkarıq.

Milli parklar Azərbaycanın ən gözəl füsunkar təbiəti olan ərazilərdə yerləşir. Nəzərə alaq ki, Hirkan milli parkı UNESCO-nun irs siyahısına nominasiyadadır. Yəni bu, dünyanın inciləri siyahısındadır. Biz bu gün baş verən yanğını ilkin olaraq təhlil etmişik. Milli park, yaxınlıqda yerləşən kəndin və bələdiyyə torpaqlarının sərhəddindən başlanır. Yanğın ola bilər insanın ehtiyatsızlıqı səbəbindən, yaxud da bilərəkdən olub, fərq etmir, yəni nəticə heç nəyi dəyişmir, dəyəri ölçüyəgəlməz olan meşələrimiz, ağaclarımız yanır, orada yaşayan fauna növləri həmin ərazini tərk edir, məhv olur, bu işlərin bərpası üçün dövlətə milyonlarla ziyan dəyir. Bizim qanunvericiliyimiz ehtiyatsızlığı da, ehtiyatsızlıqdan edilən cinayəti də cinayət sayır. Bu baxımdan təbiət sahəsində işləyən bir şəxs kimi ehtiyatsızlıqdan olan əməllərin qarşısının alınmasını da vacib sayıram. Çox diqqətli olmaq lazımdır. Xüsusən regionlarda yaşayan, təbiətlə birbaşa ünsiyyətdə olan şəxslər çox ehtiyatlı olmalıdır. Onların bir balaca səhlənkar hərəkəti təbiətə qiyməti ölçülməyən dərəcədə ziyan vurur. Biz bu halların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik”.

Məqalədə : Meşə yanğınları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakının 3 qəsəbəsində qaz olmayacaq

14

Oktyabr
10:23
ÖLKƏ
98

Gecə aeroport yolu bağlandı - SƏBƏB

14

Oktyabr
09:59
NƏQLİYYAT
125

Mərkəzi Bank depozit hərracı keçirəcək

14

Oktyabr
09:56
İQTİSADİYYAT
205

Xarici valyutaların manata qarşı məzənnələri

14

Oktyabr
09:52
İQTİSADİYYAT
86

Sərhəddə insident: bir sərhədçimiz yaralanıb

14

Oktyabr
09:49
HÜQUQ,HADİSƏ
52

Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi

14

Oktyabr
09:36
HÜQUQ,HADİSƏ
87

Neft yenidən ucuzlaşıb

14

Oktyabr
09:23
DÜNYA
100

Dünya bazarlarında təbii qaz bahalaşıb

14

Oktyabr
09:12
İQTİSADİYYAT
176

Akademik Vasim Məmmədəliyev vəfat edib

14

Oktyabr
09:07
ÖLKƏ
113

Azərbaycan nefti kəskin bahalaşıb

12

Oktyabr
12:30
İQTİSADİYYAT
611
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 11:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru