Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2019
15:55
Polis uşağın evdə zəncirlənməsi ilə bağlı araşdırmalara başlayıb

Bakıda azyaşlı uşağın ayaqlarını zəncirlənib.

Bununla bağlı sosial şəbəkələrdə xəbər yayılandan sonra məsələyə hüquq-mühafizə orqanları qarışıb.

Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da BŞBPİ-yə daxil olub: “Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.

Yevlax şəhərində anadan olan 2010-ci il təvəllüdlü Ö.H.-nin anası Şahanə İmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 8:00-dan axşam saat 00-00 radələrinə qədər nəzarətsiz qoyublar. Bu müddət ərazində azyaşlının heç yerə getməməsi ayaqlarını zəncirlə bağlayıblar. Şahanə İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib.

Araşdırma zamanı Nəsimi Rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub.

Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub”.

Məqalədə : polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43910

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42195

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48833

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43236

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43661
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-10-2020 11:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru